28 C
Baku
10 Sentyabr 2025, 17:13
Dünya

Eynşteynin Ruzveltə yazdığı məktub hərraca çıxarılacaq

Məşhur nəzəri fizik və alim Albert Eynşteynin ABŞ-ın keçmiş prezidenti Franklin Ruzveltə nasistlərin “çox güclü bombalar” yaratmaq üçün nüvə tədqiqatı gücünə malik ola biləcəyi barədə xəbərdarlıq etdiyi məktub sentyabrda hərraca çıxarılacaq.

“The Guardian” qəzetinin məlumatına görə, dəyəri təxminən 4 milyon dollar olduğu təxmin edilən iki səhifəlik məktubu “Christie’s” adlı hərrac şirkəti sentyabrda hərraca çıxaracaq.

Məktubda Eynşteyn o zamankı Almaniya hökumətinin nüvə tədqiqatlarını dəstəklədiyini və bu araşdırmalar nəticəsində “çox güclü bombalar” istehsal edə biləcəyini xəbərdar edir və ABŞ-ın da oxşar fəaliyyətlərə əl atmasını tövsiyə edir.

Almaniyanın Polşanı işğal etməsindən bir neçə həftə əvvəl yazılan 2 avqust 1939-cu il tarixli məktubda Eynşteyn uranın mühüm enerji mənbəyi ola biləcəyinə işarə edir.

Məktubda nəzəri fizik böyük uran kütlələrinin nüvə zəncirvari reaksiya yarada biləcəyini bildirir və bu reaksiyadan bomba hazırlamaq üçün istifadə oluna biləcəyini vurğulayır.

Microsoft-un həmtəsisçisi Pol Allen məktubu 2002-ci ildə Malcolm Forbes-dan 2,1 milyon dollara aldıqdan sonra məktubun sonuncu sahibi olub.

Məktubun uzun nüsxəsi Hyde Parkdakı Ruzvelt kitabxanasındadır.

Mənbə: Haber Global

Oxşar xəbərlər

Nazirə pomidorla hücum etdilər

Aynur Camal

Amerika səfirliyinin əməkdaşlarınahücum nəticəsində ölənlərin sayı 7-yə çatıb

Aynur Camal

İsrail rəsmiləri “gizli həbs qərarı”ndan narahatdırlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu