30 C
Baku
9 İyun 2025, 13:59
Maraqlı faktlar

“Əziz kitabsevərlər, növbəti yarışa hazırsınız?”

Bugun.tv xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Oxu, qazan!” müsabiqəsi elan edilir.

✅ Azərbaycan şairi, yazıçı, tarixçi alimi, mütəfəkkir və tərcüməçisi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərini oxuyaraq iyulun 19-da keçiriləcək onlayn müsabiqəyə qatıla bilərsiniz.

❌ Öncəki yarışlarda qalib olan iştirakçıların nəticələri qeydə alınmayacaq.

İmtahanda iştirak üçün indidən aşağıdakı link vasitəsilə “Teleqram” kanalına üzv olmalısınız:

t.me/oxuqazan

⏰ İyulun 19-da, saat 21:00-da “Teleqram” kanalında bütün iştirakçılara eyni anda kitabdan test sualları yayımlanacaq. Hər test sualına 20 saniyə ərzində cavab vermək imkanınız olacaq və sonra növbəti test sualı yayımlanacaq.

❗ Yarışda sualların vaxtında qəbulu və cavablandırılması üçün yüksəksürətli sabit internetə qoşulmaq tövsiyə olunur.

🎁 Ən çox doğru cavab verən 3 iştirakçıya hədiyyələrimiz var:

1-ci yer “Apple iPad” planşet,

2-ci yer “Honor” smartfon,

3-cü yer “Huawei” simsiz qulaqcıq.

🙋🏻‍♀🙋🏻‍♂ Əsərləri bu linkdən oxuya və ya kitab mağazalarından əldə edə bilərsiniz.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Turizm cənnəti Tekirdağ – FOTOLAR

Aynur Camal

Yaşlanma əleyhinə pəhriz hazırlandı

Bugün TV

Qədim vampir kalamar tapıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu