21 C
Baku
13 İyun 2025, 5:46
Dünya

Fələstini dövlət kimi tanıyan daha bir ölkə

Maltanın baş naziri Robert Abela ölkəsinin iyun ayında Fələstini rəsmi olaraq dövlət kimi tanıyacağını açıqlayıb.

Paytaxt Vallettada İşçi Partiyasının toplantısında çıxış edən Abela, Qəzzada yaşanan faciələrə diqqət çəkərək, “Qəzzada 50 mindən çox insan həyatını itirdi. Bu faciəyə səssiz qala bilmərik” deyib.

Fələstinin tanınması qərarının mənəvi bir öhdəlik olduğunu vurğulayan Abela, bu addımı atan ilk Malta hökuməti olmaqdan şərəf duyduğunu dilə gətirib. “Günahsız uşaqların öldürülməsi və ailələrin aclığa məhkum edilməsi qəbuledilməzdir, bu, insanlığa sığmayan vəhşilikdir”.

Abela həmçinin Xan Yunisdə sionist işğalçı rejimin hücumu nəticəsində 10 uşağından 9-nu itirən fələstinli həkim Əla ən-Nəccara Maltada sığınacaq verməyə hazır olduqlarını açıqlayıb. “Biz sizi və ailənizi qucaq açıb salamlayırıq. Malta sizi öz vətəndaşlarımız kimi görməyə hazırdır” deyib.

Maltanın bu qərarı Fələstin Xarici İşlər Nazirliyi tərəfindən müsbət qarşılanıb. Bəyanatda bu tanınmanın iki dövlətli həll yolunda mühüm beynəlxalq addım olduğu bildirilib.

İndiyədək Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkədən 149-u Fələstini tanıyıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Vitkoffun Putinlə bağlı bəyanatı: ABŞ ilə münasibətləri yeniləməyə hazırıq

Aynur Camal

Mütəxəssislər stressi azaldan 3 qidanın adını çəkdilər

Aynur Camal

Çin Hindistanla mübahisəli sərhəd bölgəsindəki yerlərə yeni coğrafi adlar verir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu