8 C
Baku
21 Dekabr 2025, 21:24
Baş xəbərDünya

Öküz matadoru yerə çırpdı!

Bugun.tv xəbər verir ki, Meksikada ənənə halını alan və illərdir heyvansevərlərin reaksiyasına səbəb olan döyüşdə öküz matadoru bir neçə metr hündürlükdən atdı.

Buğanın buynuz zərbələri ilə havaya uçan matador başı üstə yıxılaraq huşunu itirib. Ərazidə olan məmurlar  onu arenadakı xəstəxanaya aparıblar. Hücum nəticəsində beynində ödem yaranan matadorun əməliyyat olunduğu bildirilib.

Tamaşaçıların lentə aldığı kadrlarda matadorun öküz buynuzunun zərbəsi ilə bir neçə metr havaya qalxdığı və yerə yıxılarkən hərəkətsiz qaldığı görülüb.

Xatırladaq ki, Meksikalı heyvansevərlərin reaksiyasına səbəb olan öküz döyüşü indiyədək Koahuila, Sonora, Qerrero və Quintana Roo ştatlarında qadağan edilib. 2022-ci ilin iyununda Meksikanın paytaxtı Mexiko şəhərində dünyanın ən böyük arenası olan La Plaza Mexico-da öküz döyüşləri heyvanlarla pis rəftar edildiyi səbəbi ilə federal məhkəmə tərəfindən qeyri-müəyyən müddətə dayandırılmışdı.

Mənbə: haberglobal

Aynur Camal

Oxşar xəbərlər

Avtomobil xəndəyə aşıb: 4 nəfər yaralandı

Aynur Camal

Ekvadorda fövqəladə vəziyyət rejimi elan edildi

Bugün TV

Xocalıda azərbaycanlıları öldürən erməni Laçın postunda saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu