18 C
Baku
8 Sentyabr 2024, 7:20
Baş xəbərDünya

Fələstin beynəlxalq ictimaiyyəti “İsrailə təzyiq göstərməyə” çağırdı

Bugun.tv xəbər verir ki, Fələstin administrasiyası beynəlxalq ictimaiyyəti İsrailin blokada altındakı Qəzza və işğal altındakı İordan çayının qərb sahilinə qarşı zorakılığını dayandırmaq üçün “real təzyiq göstərməyə” çağırıb. Fələstin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İordan çayının qərb sahilində törədilən “müharibə və insanlıq cinayəti” və Qəzzada yaşanan dağıntılara görə tamamilə İsrailin məsuliyyət daşıdığı bildirilib.

TRT Haber-in məlumatına görə, İsrailin bu səhər Cenin Qaçqınlar Düşərgəsinə qarşı hava hücumunu “gərginliyi artıran təhlükəli addım” olaraq xarakterizə edən açıqlamaya görə, İsrail Qəzza zolağının döyüş təyyarələri ilə bombardmanını İordan çayının qərb sahilinə keçirib. Bəyanatda Qəzza və İordan çayının qərb sahilindəki zorakılıqları, Fələstin xalqına qarşı hücumları və işğalını dayandırmaq və humanitar yardımın Qəzzaya daxil olmasına icazə vermək üçün İsrailə “əsl beynəlxalq təzyiq” tələb olunub. Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 1873-ü uşaq, 1023-ü qadın olmaqla 4 min 651 nəfərin öldüyünü, 14 min 245 nəfərin isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 90 fələstinlinin həlak olduğu bildirilib. İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri İsrail-Livan sərhədində baş verən qarşıdurmalarda 22 Hizbullah üzvü və biri jurnalist olmaqla 4 mülki şəxs həyatını itirib. Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İlk dəfə eyni anda 4 orqan transplantasiyası həyata keçirildi

İntizar Əmirova

“İnsanlıq doldurulmuş silahla oynanır” – Quterriş

Aynur Camal

İsmayıllı rayon sakinindən 3 kq narkotik vasitə götürüldü 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu