20 C
Baku
10 Oktyabr 2025, 19:01
Dünya

Fələstin prezidenti Abbas Türkiyəyə göstərdiyi səylərə görə təşəkkür etdi

Fələstin prezidenti Mahmud Abbas vasitəçi ölkələr Misir, Qətər və Türkiyəyə göstərdikləri səylərə görə təşəkkür edib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Abbas işğal altındakı İordan çayının qərb sahilindəki Ramallahdakı ofisində Fələstin-İsrail Sülh Alyansının nümayəndə heyətini qəbul edib.

Abbas Qəzzada qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasından məmnunluğunu təkrarlayıb və atəşkəs qüvvəyə mindikdən sonra İsrail qüvvələrinin Qəzzadan çıxarılmasının və bölgəyə humanitar yardımların daxil olmasının vacibliyini vurğulayıb.

ABŞ prezidenti Donald Trampın, eləcə də vasitəçi güclər Misir, Qətər, Türkiyə və ABŞ-ın Qəzzada atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri alqışlayan Abbas, İsrailin Fələstin xalqına qarşı nifrət dolu ritorikasını vurğulayaraq deyib:

“İsrail hökuməti Fələstin xalqına qarşı nifrət dolu ritorikanı davam etdirməklə yanaşı, Fələstinin vergi fondlarını ələ keçirməklə Fələstin milli hakimiyyətinin institutlarını zəiflətməyə davam edir”.

“Məqsədimiz azadlıq, təhlükəsizlik, ədalət və təhlükəsiz həyat hüququnu təmin etməkdir”.

İşğal olunmuş Fələstin torpaqlarında sülh və sabitliyə nail olmaq üçün səylərə toxunan Abbas, “Əsl sülh, təhlükəsizlik və sabitlik başqalarının varlığını və ya milli hüquqlarını inkar etməklə əldə edilə bilməz. Məqsədimiz azadlıq, təhlükəsizlik, ədalət və təhlükəsiz həyat haqqını təmin etməkdir” deyib.

Abbas bildirib ki, dünya dövlətlərinin Fələstini dövlət kimi tanıması ilə bağlı verdiyi qərarlar İsrailə qarşı atılan addımlar deyil; əksinə, əsl sülh və ədalətə nail olmaq üçün atılan addımlardır.

Abbas müstəqil Fələstin dövlətinin yaradılmasının həm fələstinlilərə, həm də israillilərə davamlı təhlükəsizlik və sabitlik gətirəcəyini bəyan edib. O əlavə edib ki, “İsrail də Fələstin dövlətini tanısa, münaqişə sona çatacaq və hərtərəfli sülh əldə olunacaq”.

Fələstin prezidenti Abbas Fələstin-İsrail Sülh Alyansının nümayəndə heyətini İsrail cəmiyyətində ədalətli sülh üçün xalq cəbhəsi yaratmağa dəvət edib.

Fələstin-İsrail Sülh Alyansı Fələstin dövlətinin qurulmasını və sülhü dəstəkləyən israilli solçulardan və fələstinlilərdən ibarətdir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Əsəd və ailəsi Moskvada: Rusiya sığınacaq verdi

Aynur Camal

Qışın ilk qarı yağdı

Aynur Camal

İranda törədilən partlayışlarda yaralıların sayı 211-ə çatdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu