19 C
Baku
8 Sentyabr 2024, 3:55
Baş xəbərDünya

Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza direktoru: Uşaqlara süd belə tapa bilmirik

Bugun.tv xəbər verir ki, İsrail Qəzzaya bombalar yağdırır, xəstəxanalar həyəcan təbili çalır. Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza direktoru Dr. Başar Murad uşaqlara süd belə tapa bilmədiklərini deyib. Murad uşaqlar arasında xəstəliyin su qıtlığı ilə bağlı olduğunu izah edib.

TRT Haber-in məlumatına görə, İsrail ordusu 18 gündür Qəzzanı bombalayır. Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza direktoru Dr. Bəşər Murad TRT Haber kanalına xüsusi açıqlamalar verib. Uşaqlara süd belə tapa bilmədiklərini izah edən Murad, “Təəssüf ki, 2 gün ərzində yanacaq gəlməsə, işığımız kəsiləcək” dedi. “Xəstəxanalardakı təchizatlar tükəndi, 10-dan çox xəstəxana xidmətdən çıxdı” dedi Dr. Murad su qıtlığından uşaqlar arasında xəstəliyin başladığını açıqlayıb. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb. Qəzzadan həyata keçirilən hücumlarda 308-i əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib. Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya hücumları nəticəsində 2055-i uşaq və 1119-u qadın olmaqla 5087 nəfərin öldüyünü, 15273 nəfərin isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 90-dan çox fələstinlinin həlak olduğu bildirilib. Qarşıdurmalarda 20-si fələstinli, 3-ü israilli və biri livanlı olmaqla 24 jurnalist həyatını itirib. Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 30 Hizbullah üzvü, 6 İslami Cihad Hərəkatının üzvü, 3 HƏMAS üzvü və Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadasının 2 üzvü həlak olub. jurnalist və 4 mülki şəxs həyatını itirib. Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Talış kəndində otuz ildən sonra ilk dəfə qurban kəsildi

Nigar Məmmədova

Tural Orucov Avropa çempionatında Azərbaycanı təmsil edəcək

Teymur Əziz

Prezident: “Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu