12 C
Baku
25 Aprel 2025, 5:14
Baş xəbərDünya

Fələstin rəsmisi Qəzza zolağında suyun nisbətinin təxminən 90 faiz azaldığını bildirib

Bugun.tv xəbər verir ki, Qəzza Bələdiyyəsinin mətbuat direktoru Hüsni Muhenna bildirib ki, İsrailin Qəzza zolağına tətbiq etdiyi blokadaya görə bölgədəki suyun nisbəti “təxminən 90 faiz” azalıb.

TRT Haber-in məlumatına görə, “Qəzzada həyati əhəmiyyətli infrastrukturun hədəf alınmasının bölgə sakinlərinin həyat şəraitinin pisləşməsinə töhfə verdiyini” qeyd edən Muhenna, İsrailin işğal etdiyi bölgələrdən uzanan çoxlu su quyusu, təmizləyici qurğu və su xətlərini kəsdiyini bildirib.

“Elektrik kəsilməsi və yanacaq çatışmazlığının xalqa su verilməsinə mane olduğunu” ifadə edən Muhenna: “İsrail daxilində su xəttinin və dəniz suyu təmizləyici qurğunun dayanması, elektrik və yanacaq çatışmazlığı səbəbindən su quyularının işlək olmaması və bombardmanlar səbəbindən bölgədəki suyun miqdarı təxminən 90 faiz azalıb”. Muhenna beynəlxalq ictimaiyyəti “müharibə səbəbiylə fəlakətli vəziyyətlər yaşayan Qəzza zolağına qarşı öhdəliklərini yerinə yetirməyə” çağırıb. Fələstinli Müfid Həsən “onların indiyə qədər ən şiddətli mühasirə ilə üzləşdiklərini” ifadə edərək, “dünyanı təcili tədbir görməyə və Qəzza xalqının yanında olmağa” çağırıb. Bundan əlavə, içməli su və məişət sularında böyük bir böhran yaşandığını bildirən Həsən, “Qəzzəyə qarşı hücumların ikinci günündən elektrik və suyun tamamilə kəsildiyinə” işarə etdi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İngiltərə ilin ən isti gününü yaşadı

Kəmalə Sultan

“Əlil Qadınlar Cəmiyyəti”i dövlət qurumlarının qatıldığı dəyirmi masada 6 aylıq hesabatını açıqlayıb

İntizar Əmirova

Yunanıstandan Türkiyəyə jest-ŞƏRH

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu