14 C
Baku
21 Noyabr 2024, 23:37
Dünya

Fələstin Səhiyyə Nazirliyi: Qəzzadakı xəstəxanalarda generatorların işləməsi dayandırılacaq

Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyi bölgədə fəaliyyət göstərən xəstəxanalardakı elektrik generatorlarının lazımi yanacağın olmaması səbəbindən xidmət göstərə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, “Xəstəxanalardakı elektrik generatorlarının lazımi yanacağın olmaması səbəbindən dayandığına dair xəbərdarlıq edirik” ifadəsi işlədilib.

Bəyanatda Birləşmiş Millətlər Təşkilatı (BMT) və humanitar təşkilatlardan “xəstələrə fasiləsiz xidmət göstərmək və onların həyatlarını qorumaq üçün lazımi yanacağı sürətlə təmin etməyə” çağırılıb.

İsrailin Qəzzaya hücumlarının əvvəlindən bölgəyə yardımların daxil olmasını məhdudlaşdırması mühasirədə olan bölgədə ərzaq, dərman və yanacaq təchizatında problemlərə səbəb olub.

İsrailin səhiyyə müəssisələrinə hücumları bir çox xəstəxananın xidmətdən çıxmasına və fəaliyyətinin dayandırılmasına səbəb olub.

BMT-nin sağlamlıq hüququ üzrə xüsusi məruzəçisi Tlalenq Mofokenq qeyd edib ki, 2023-cü il oktyabrın 7-dən bu yana xüsusilə səhiyyə sahəsində çoxlu ciddi insan hüquqları pozuntuları baş verib.

Hazırda Qəzzada danışıla biləcək bir səhiyyə sisteminin olmadığını və tamamilə məhv edildiyini vurğulayan Mofokenq, BMT və humanitar təşkilatların Qəzzada səhiyyə də daxil olmaqla bütün sahələrdə çatışmazlıqları aradan qaldırmaq üçün mübarizə apardığını bildirib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Bu ölkədə iyunun 25-dən bəri musson yağışları nəticəsində 50 nəfər ölüb

Bugün TV

Xarici zirehli texnikanın saxlandığı yerləri vurdular

Bugün TV

İlk dəfə Meksikada prezident seçkilərində iki qadın yarışacaq

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu