8 C
Baku
12 Dekabr 2024, 10:21
Dünya

“Fələstinin dövlət olmasına ABŞ və İsrail mane olur”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail və ABŞ-ın Fələstin dövlətinin yaradılmasına mane olduğunu, Fələstin dövləti qurulmadan Yaxın Şərqdə təhlükəsizliyin olmayacağını bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra açıqlama verib. Rusiya naziri Lavrov İsrail-Qəzza müharibəsinə toxunan çıxışında Fələstin dövlətinin qurulmasının lazım olduğunu bildirib. Lavrov, “Biz ortaq bir fikrə gəldik ki, Fələstin dövləti qurulmadan Avrasiyanın bu bölgəsində təhlükəsizliyin təmin edilməsi mümkün deyil. Həm İsrail, həm də İsraili dəstəkləyən ABŞ bu prosesin qarşısını almağa çalışır” deyib.

Qərbin Avrasiya siyasəti ilə bağlı Lavrov deyib: “ABŞ başda olmaqla Qərb bütün Avrasiyaya nəzarəti ələ keçirməyə çalışır. NATO və Avropa İttifaqı (Aİ) nümayəndələri Asiyadakı strukturlarını inteqrasiya etməyə və Asiya ölkələrini tabe etməyə çalışırlar”.

İyunun 15-16-da İsveçrənin ev sahibliyi ilə Ukrayna ilə bağlı keçiriləcək sülh konfransını dəyərləndirən Lavrov bu konfransın Ukrayna prezidenti Vladimir Zelenskinin ultimatum sülh formulasına müraciət etmək üçün təşkil edildiyini bildirərək, “Qərb Rusiya Federasiyasına ultimatum qoymaq istəyir. Ukrayna üzrə konfransa ölkələri cəlb etmək cəhdləri absurddur” deyib.

Koreya yarımadasındakı vəziyyətə toxunan Lavrov ABŞ və müttəfiqlərinin oradakı vəziyyəti pozmağa çalışdığını bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Sudan ordusu Ciddə danışıqlarına başlamaq qərarına gəldi

Bugün TV

İsveçrə 11 Fələstin və İsrail qeyri-hökumət təşkilatına maliyyə dəstəyini dayandırdı

Bugün TV

Xamenei xalqı seçkiyə çağırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu