İordan çayının qərb sahilində yerləşən Ras Ein əl-Auja kəndində yaşayan onlarla fələstinli ailə artan zorakılıq və təhlükəsizlik riski səbəbindən evlərini tərk etməyə məcbur olub. Yerli sakinlərin bildirdiyinə görə, son aylarda bölgədə gərginlik artıb, bu isə gündəlik həyatı iflic vəziyyətinə salıb. Kənd Yordaniya vadisində fələstinlilərin yaşadığı azsaylı yaşayış məntəqələrindən biri hesab olunur.
Sakinlər deyirlər ki, ardıcıl təzyiqlər, hücum qorxusu və əkin sahələrinə çıxışın məhdudlaşdırılması ailələrin bölgədə qalmasını mümkünsüz edib. Evini tərk edən ailələr əsasən qadınlar, uşaqlar və yaşlılardan ibarətdir. Kənddə qalan azsaylı sakinlər isə haraya gedəcəklərini bilmədiklərini, alternativ yaşayış yerinin olmadığını bildirirlər.
Hüquq müdafiəçiləri bu köçü Qərb Sahilində fələstinlilərin üzləşdiyi daha geniş humanitar böhranın bir hissəsi kimi qiymətləndirir. Onların fikrincə, Yordaniya vadisində kəndlərin boşalması bölgənin demoqrafik strukturuna ciddi təsir göstərə və uzunmüddətli siyasi nəticələrə yol aça bilər. Beynəlxalq ictimaiyyət isə vəziyyətlə bağlı narahatlığını ifadə etsə də, hələlik konkret addımlar atılmayıb.
Mənbə: Timesofİsrael
