Dünya

Fələstinlilərə məxsus 441 hektar ərazi ələ keçirildi

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə məxsus 441 dekar ərazini ələ keçirdiyi bildirilib.

Ayrılıq Divarı (Utanc Divarı) və Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Yəhudi Məskənləri ilə Mübarizə Şurasının verdiyi açıqlamada, “İsrail ordusu Şibtin, Deyr Əmmar və Deyr Kaddis kəndlərində 441 hektar ərazini ələ keçirdi” deyə bəyanat daxil edilib.

İsrailin Fələstin torpaqlarını ələ keçirmə qərarının, israillilərin İordan çayının qərb sahilində ələ keçirdikləri “Nili və Naali ətrafındakı bütün Fələstin torpaqları üzərində nəzarəti gücləndirmək məqsədilə” alındığı qeyd edilib.

İşğal olunmuş Fələstin ərazilərində məskunlaşmanı qeyri-qanuni elan edən və onilliklər ərzində onun dayandırılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatı, bunun münaqişənin iki dövlətli həll prinsipinə uyğun olaraq həlli şanslarını sarsıtdığı barədə xəbərdarlıq edir.

İordan çayının qərb sahilində 4 fələstinli saxlanılıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu ötən gecə İordan çayının qərb sahilindəki Cenin şəhərinin Yasak, Ərraba, Fekkua və Celbun qəsəbələrinə basqınlar həyata keçirib.

İsrail ordusu Tulkərimin şərqindəki Ramin qəsəbəsini mühasirəyə alaraq bütün girişləri bağlayıb və bu ərazini hərbi kazarmaya çevirib.

İsrail əsgərləri ev sahiblərinə basqın edərək onları zorla çıxarıb, sorğu-sual edib, ev və iş yerlərindəki kameraları müsadirə ediblər

WAFA qeyd edib ki, Beytlehemin cənub-şərqindəki Əl Minye kəndində 1 fələstinli, Yerixo şəhərindəki hərbi keçid məntəqəsində isə 3 fələstinli saxlanılıb.

İşğal altındakı İordan çayının qərb sahilində 451 min, Şərqi Qüdsdə isə 230 min israilli Fələstin torpaqlarını qəsb edir. Beynəlxalq hüquqa görə, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bu yaşayış məntəqələri qanunsuz hesab olunur.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

BMT Qəzza üçün dərhal atəşkəsə çağırdı

Aynur Camal

Polşa Krım tatar sürgününü “soyqırım” kimi tanıdı

Şükufə Ramizqızı

Almaniya: “İsrail və Qəzza arasında əlavə sərhəd qapıları təcili açılmalıdır”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu