19 C
Baku
8 Sentyabr 2024, 4:09
Dünya

Fələstinlilərə məxsus istixanalar və əkin sahələri yandırıldı

İsrail qüvvələri səhər saatlarında Tulkərm şəhərinin cənubundakı istixanaları və əkin sahələrini işıq və səs bombaları ilə hədəfə aldıqdan sonra yandırıblar. İşğalçı mühacirlər Ramallahın şimal-qərbində Fələstin torpaqlarında da çadırlar qurublar.

Wafa news-un verdiyi məlumata görə, şəhərin cənubundakı Artah bölgəsinin qərbindəki ayırma divarının hissəsində inşa edilən qapıda olan işğalçı qüvvələr şəhərin cənubuna işıq və səs bombaları yağdırıb.

Bildirilib ki, işğalçıların bu hücumunda divara bitişik kənd təsərrüfatı sahələri, istixanalar və əkin sahələri tamamilə yanıb.

Yanğının bölgədəki fələstinli fermerlərin açıq əkinçilik sahələrindəki zeytun və avokado ağaclarına və suvarma borularına da keçdiyi bildirilib.

Küləyin təsiri ilə alov böyüyərək bölgədəki böyük əkinçilik sahələrini əhatə edib. Hadisə yerinə gələn mülki müdafiə qrupları uzun sürən mübarizədən sonra yanğını söndürməyə müvəffəq olub.

İşğal qüvvələri xüsusilə ötən il oktyabrın 7-dən etibarən bölgədə fermerlərə qarşı qanun pozuntularını artırsa da, fələstinli fermerlərin ayrılıq divarından 300 metr uzaqlıqdakı torpaqlarına çatmasına mane olur, istixanaları və əkin sahələrini məhv edir.

 İşğalçı sionistlər Fələstin torpaqlarında çadırlar qurublar

İşğalçı qüvvələrin hücumları ilə eyni vaxtda sionist işğalçı mühacirlər Ramallahın şimal-qərbindəki Bitello kəndində Fələstin torpaqlarında çadırlar qurublar.

Yerli mənbələr bildiriblər ki, işğalçı qüvvələrin himayə etdiyi onlarla sionist mühacirlər kənddəki Mustafa Əl-Əli dağına basqın edərək, çadırlar qurub, işğalçı rejimi simvolizə edən parça parçalarını çəkərək bölgədə məskunlaşma məntəqəsi yaratmağa hazırlaşıblar.

Oktyabrın 7-dən bu yana terror hücumlarını artıran sionist mühacirlər bu ilin əvvəlindən Qüds də daxil olmaqla İordan çayının qərb sahilində 1334 hücum həyata keçirərək, 7 fələstinlinin şəhid olmasına səbəb olub.

2024-cü ilin əvvəlindən iyunun sonuna qədər işğal hakimiyyəti bu yaşayış məntəqələrinin genişləndirilməsi və ya yenilərinin salınması üçün 83 struktur planı, o cümlədən İordan çayının qərb sahilində 39 və Qüdsdə 44 qeyri-qanuni məskunlaşma planı həyata keçirib.

Həmin dövrdə sionist mühacirlər Fələstin ərazisində, əsasən, Ramallah, Əl-Bireh, Nablus, Salfit, Beyt-Lexem, Hebron və Qalkilya şəhərlərində 17 işğal məntəqəsi yaradıblar. Divar və Məskunlaşma Müqavimət Komissiyasının məlumatına görə, işğal hakimiyyəti İordan çayının qərb sahilində 11 işğal postunu nominal olaraq qanuniləşdirib.

Mənbə: İLKHA

Kəmalə Sultan

Oxşar xəbərlər

Rusiya xarici siyasət konsepsiyasına yenidən baxılıb

Nigar Məmmədova

Sərhəddə ilk dəfə olaraq sərhəd daşı qoyulduğu bildirildi

Elnarə Dərziyeva

Dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan “Maşko-Piro” tayfası üzə çıxdı

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu