İsrailin yüksək səviyyəli generalı Yehuda Foks məskunlaşanların fələstinlilərə qarşı zorakılığına görə özünü tənqid edərək vəzifəsindən istefa verib: Bu, mənim üçün yəhudilik deyil.
İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki yüksək səviyyəli komandirlərindən olan general-mayor Yehuda Foks istefa verib. Foks, İsrail məskunlaşmalarının fələstinlilərə hücumlarını pislədiyi bir bəyanatla təqaüdə çıxdığını açıqladı. Associated Press-in (AP) xəbərinə görə, İsrail ordusunun mərkəzi komandanlığının istefada olan rəisi general-mayor Foks öz varisinin təyin edilməsi ilə bağlı keçirilən mərasimdə bildirib ki, son vaxtlar “millətçi cinayət” ortaya çıxıb.
“Müharibə bəhanəsi və qisas istəyi ilə heç bir təhlükə yaratmayan Fələstin sakinlərinə qarşı xaos və qorxu səpilib” deyən Foks, yerli siyasətçilərin və dini liderlərin məskunlaşanların artan zorakılığına qarşı hərəkət etməməsindən təəssüfləndiyini bildirib.
İşğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı bir həftəlik şiddətli hücumlardan sonra verdiyi açıqlamada Foks, “Bu mənim üçün yəhudilik deyil. Ən azından böyüdüyüm yəhudilik deyil” deyib.
Mənbə: TGRT
