19 C
Baku
8 Sentyabr 2024, 3:43
Baş xəbərDünya

Fələstinlilərin sonsuz dramı: Nəkbə

Bugun.tv xəbər verir ki, İsrailin 1948-ci il mayın 14-də müstəqilliyini elan etməsi ilə fələstinlilərə onilliklərdir öz torpaqlarında edilən zülmlər artmaqda davam edir.

Fələstinlilər üçün Nəkbə (Böyük Fəlakət) 14 may 1948-ci ildə İsrailin ilk baş naziri David Ben Gurion və onu müşayiət edən 25 nəfərin Tel-Əviv Muzeyində İsrailin Müstəqillik Bəyannaməsini dünya ictimaiyyətinə elan etməsi ilə başlayıb.

Bu səbəbdən mayın 15-i, yəni İsrailin rəsmən elan edilməsinin ertəsi günü Fələstinlilər üçün Nəkbə (Böyük Fəlakət) adlanır. Qədim şəhər Fələstindən qoparılıb.

Qüds müsəlmanların ilk qibləsi və Məhəmməd peyğəmbərin merac səfərinə çıxdığı yer olan Məscidül-Əqsa ilə xristianların və yəhudilərin ən müqəddəs məkanlarına ev sahibliyi edir.

1967-ci ildə Şərqi Qüdsü işğal edən İsrail yarım əsrdir ki, onu yəhudiləşdirmək üçün sıx səylər göstərir.

Divarlarla əhatə olunmuş qədim şəhər və Məscidül-Əqsa ilə yanaşı, xristianlar və yəhudilərin ən müqəddəs yerləri də Şərqi Qüdsdə yerləşir.

Buna görə də Şərqi Qüds Fələstin davasının ürəyidir.

İsrail isə 1980-ci ildə aldığı qərarla Qüdsü “İsrailin vahid paytaxtı” elan edib. ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması da işğalı gücləndirib.

Qədim Yerusəlim bəlkə də tarixində heç olmadığı qədər tənhadır.

Çünki İordan çayının qərb sahilində yaşayan 3 milyona yaxın fələstinli İsrailin ətrafına çəkdiyi divar ucbatından Qüdsə girə bilmir. Mühasirəyə alınmış Qəzza zolağında yaşayan 2 milyon fələstinlinin də Qüdsə daxil olması qadağan edilib.

Fələstin Statistika Mərkəzinin hesabatına görə, Nəkbədən sonra 1,4 milyon fələstinli ərəb dövlətlərində və dünyanın müxtəlif yerlərində qaçqın kimi yaşamağa başlayıb.

Mərkəzdən verilən məlumata görə, “Böyük fəlakət” hesab edilən Nəkbədən sonra fələstinlilərin əhalisi 9 dəfə artaraq 13 milyon 100 minə, qaçqınların sayı isə 6 milyon 20 minə çatıb.

Fələstinli qaçqınların 28,4 faizi Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Təşkilatına (UNRWA) bağlı 58 düşərgədə yaşayır. Bu düşərgələrdən 10-u İordaniyada, 9-u Suriyada, 12-si Livanda, 19-u İordan çayının qərb sahilində və 8-i Qəzzadadır.

Dünya Fələstin əhalisinin yüzdə 49-unu təşkil edən 6 milyon 480 min insan tarixi Fələstin torpaqlarını təşkil edən İordan çayının qərb sahili, Qüds, Qəzza və İsraildə yaşayır.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyənin mərkəzi hissəsində 4,8 bal gücündə yeni zəlzələ qeydə alınıb

Aynur Camal

Moskva İrəvandan NATO təlimlərində iştirakları ilə bağlı rəsmi izahat tələb etdi

Nigar Məmmədova

Çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu