24 C
Baku
11 Sentyabr 2025, 1:59
Dünya

Fəlakət: 2 helikopter havada toqquşub, 2 pilot ölüb

Avstraliyanın qərbindəki Camballin bölgəsində iki helikopter havada toqquşub. Qəza nəticəsində 2 pilot həlak olub.

Avstraliya polisindən verilən açıqlamaya görə, Qərbi Avstraliya əyalətinin Camballin qəsəbəsindəki Mount Anderson Stansiyası yaxınlığında heyvan fermalarında istifadə edilən iki “Robinson R22” tipli helikopter havada toqquşub.

Sərnişinləri olmayan helikopterlərdə olan iki pilot qəza zamanı aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Polis yerli vaxtla saat 6.20-də baş verən qəzanın iki helikopterin mal-qara toplamaq üçün havaya qalxması və havaya qalxdıqdan dərhal sonra havada toqquşması nəticəsində baş verdiyini bildirib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğınını idarə etmək mümkün deyil

Aynur Camal

Məhbus koloniyada terrorizm ideyalarını yaymaqda günahlandırıldı

Aynur Camal

BMT: 1 milyondan çox insan aclıq və ölümlə üzləşəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu