Bu sözləri Akademik Milli Dram Teatrın aktrisası, Xalq artisti Firəngiz Mütəllimova Bugun.tv-yə açıqlamasında bildirib.
Xalq artisti aksiya iştirakçılarının dəstəklədiyini qeyd edib.
“Mən bir vətəndaş olaraq, bugünkü aksiyada iştirak edənlərin tərəfindəyəm. Rus sülhməramlılarının Azərbaycan jurnalistlərinə, Azərbaycan vətəndaşlarına qarşı göstərdiyi sərt reaksiyaları birmənalı olaraq qınayıram. Biz bu ölkənin vətəndaşıyıq, ancaq nə qəribədir ki, öz vətənimiz və öz sərhədlərimiz daxilində olan torpaqlara girə bilmirik. Bütün ürəyim, dualarım hazırda Qarabağda aksiya keçirən həmvətənlərimin yanındadır. Gün o gün olsun ki, hər bir Azərbaycan vətəndaşının ürəyində nə arzu, istəyi var hamsı reallaşsın. Allah Azərbaycan xalqını qorusun ” deyə o bildirib .
