19 C
Baku
8 Sentyabr 2024, 4:12
Mədəniyyət

Fantastika

Televizorda “Bu axşam” verilişinə baxırdım. Birdən televizorun işığı söndü. Elə bildim işiqlar getdi. Birdən televizorun qabağında Aygün peyda oldu. Aygünü görəndə gözlərim kələmə çıxdı. Aygündə məni görəndə özünü itirdi. Mən Aygünə baxıram, Aygün mənə. Bu vaxt arvadım gəlib çıxdı. Aygünü görəndə az qaldı başındakı pariki düşsün.

– Kişi, bu kimdir?

– Aygündür

– Görürəm Aygündür, Alla Puqaçova deyil! Aygün bizim evdə nə qayırır?

– Bilmirəm.

– Necə yəni bilmirəm?! Evdən çıxdığım on beş dəqiqə deyil, Aygünü geçirmisən evin yuxarı başına, hələ bir deyirsən bilmirəm?!

Aygün məsələyə aydınlıq gətirmək üçün:

– Mən “Bu axşam” verilişinin qonağı idim, heç özüm də bilmirəm necə gəlib sizin evə düşdüm.

– Bu nağılları gedib Xoşqədəmə danışarsan, burda bu nömrə keçməz! De görüm, mənim ərimi çoxdan tanıyırsan?

– Birinci dəfədir ki, görürəm.

– Sən dedin mən də inandım?!

Bu vaxt televizorun işığı yandı, ekranda diktor Dilarə Səlim göründü:

– Hörmətli tamaşaçılar, böyük alim Axmed demişkən, üzür istəyirəm..həyacanlıyam… böyük alim Arixmed damişkən Evrika! Müasir dövrdə texnikanın yüksək inkişafı sayəsində studiyanın qonaqları sizin evinizə qonaq gələcək.

-Ay Bəhlul, bu nə danışır? Şou proqramlarda iştirak edənlər yığıb bizi boğaza, indi də gəlib oturacaqlar evimizdə, gözümüzün qabağında Aygün dil açdı:

– İndi gördünüz məndə günah yoxdur.

Bu vaxt ekranda Dilarə Səlim yenidən göründü.

– Hörmətli tamaşaçılar, bir məqamı vurğulamağı unutdum. Biz tamaşaçılara göndəriyimiz qonağı yenidən studiyaya qaytara bilirik.

Birdən Aygün yox oldu.

– Ay arvad, görəcək günlərimiz var, bir gün qonaqlarımız politoloq , o biri gün dietoloq, ta o biri gün də ginekoloq olacaq, kefdəyik.

– Tək biz yox, bütün millət kefdə olacaq.

Yazıçı-dramaturq Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Azərbaycan qeyri-hökumət təşkilatlarının Prezident İlham Əliyevin doğum günü münasibətilə müraciəti

İntizar Əmirova

Türkiyədə Azərbaycan repertuarlı konsert proqramı keçiriləcək

Bugün TV

İlk matryoşka kuklaları necə yaranıb?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu