22 C
Baku
26 İyun 2025, 23:46
Baş xəbər

Fatma Yıldırım qəbul keçirdi – FOTO

Milli Məclisin deputatı Fatma Yıldırım növbəti dəfə ərazi üzrə vətəndaş qəbulu keçirib.

Bugun.tv xəbər verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

Bərdə şəhərində seçicilərin növbəti qəbulunu keçirdik. Qəbulda 42 nəfər Bərdə sakini iştirak etmişdir və onların çoxsaylı müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən təhsil, suvarma və içməli su, kabelləşmə, yol infrastrukturunun yaxşılaşdırılması, kommunal məsələlər, işsizlik və özünüməşğulluq, sosial müdafiə məsələləri, məişət şəraitinin yaxşılaşdırılması, torpaq məsələlərini əhatə edirdi. Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olundu.

Növbəti vətəndaş qəbulumuz dekabrın 9-da keçiriləcək və işin effektivliyini artırmaq məqsədilə vətəndaşların qəbula öncədən yazılması xahiş olunur. Qəbulun yeri barədə əlavə məlumat veriləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən seçicilər Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında yerləşən ofisimizə müraciət edə və ya 0554208040, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Aynur Camal

Oxşar xəbərlər

Si Cinpin Çinin yenidən birləşməsini tarixi zərurət adlandırdı

Aynur Camal

“Azərbaycan dünya xalqları ilə hər zaman sülh içində yaşamağı əsas hədəf müəyyən edib”

Aynur Camal

Pakistanda polisə hücum: 12 nəfər ölüb, 7 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu