Milli Məclisin deputatı Fatma Yıldırım Alaçadırlı kəndində seçicilərin növbəti qəbulunu keçirdi.
Bugun.tv xəbər verir ki, deputat Bərdə rayonuna səfəri çərçivəsində rayonun Alaçadırlı kəndində seçicilərin növbəti qəbulunu keçirib. Qəbul zamanı seçicilərin çoxsaylı müraciətlərini dinlədim. Müraciətlər əsasən təhsil, səhiyyə, içməli və suvarma suyu, elektrik və yol infrastrukturunun yaxşılaşdırılması, kommunal məsələlər, işsizlik və özünüməşğulluq, sosial müdafiə məsələləri, torpaq məsələlərini əhatə edirdi. Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olundu.
Növbəti vətəndaş qəbulumuz noyabrın 7-də Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında keçiriləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən seçicilər Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında yerləşən ofisimizə müraciət edə və ya 0554208040, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.