4 C
Baku
14 Dekabr 2025, 19:39
Baş xəbərİdman

Fazil Mustafa 24 medal qazanan atletlərimizi təbrik etdi

“Bu ilin 15-25 iyun tarixində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Dünya Xüsusi Yay Olimpiya Oyunların Azərbaycan Xüsusi Olimpiya komandası 6 qızıl, 5 gümüş və 13 bürünc medal qazandı. Bu yarışlara dünyanın 200 ölkəsi qatılmış vətoplamda 24 medal qazanan atletlərimiz MDB məkanında ən yüksək nəticə göstəriblər”.

Bugun.tv xəbər verir ki, bu fikri Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti, millət vəkili Fazil Mustafa sosial media hesabında qeyd edib.

Xatırladaq ki, 4 il öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən olimpiya oyunlarında da komandamız 6 qızıl, 10 gümüş, 9 bürünc medal qazanmışdı.

“Bu stabil nəticəni Əbu-Dabidə 65 idmançı, Berlində isə 49 idmançı 10 idman növündə əldə etmişdir. Atletlərimizin böyük əksəriyyəti təhsil sistemimizin tam orta, inklüziv, xüsusi yardımçı məktəb və internatların şagirdlərindən ibarətdir. Komandamızın uğurunda ən böyük pay sahibi olan Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev, komitənin məsul şəxsləri və fədakar müəllim-məşqçilərimizdir. Bu yarışlarda Azərbaycanımızın adını yüksəltmiş, sağlamlığı məhdud olsa da qəlbi və iradəsi məhdud olmayan atletlərimizə və onları qələbə üçün təşkilatlandıran və ruhlandıran nümayəndə heyətimizə təşəkkür edirəm. İnanılmaz çətin şərtlərdə və subyektiv maneələrlə qarşılaşmamıza baxmayaraq, komandamız böyük iradə nümayiş etdirdi. Səhhətimdə yaranmış problemlərlə bağlı bu ilki Yay Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmağa məcbur olsam da, idmançılarımızın bütün yarışlarını həyəcanla izləyirdim və nəticələrə sevinirdim. Bu yarışlarda komandamızın uğurlarını işıqlandıran Aztv, İTV, Xəzər, ATV və başqa media quruluşlarına da təşəkkürümü bildirirəm. Əqli sağlamlığı məhdud bu insanlara daha da diqqətimizi artırmaq, onların sosiallaşması imkanlarını genişləndirmək üçün idman ən vacib vasitələrdən biridir. Xüsusi Olimpiya hərəkatının da məqsədi budur”, -F. Mustafa vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Gələn ildən vətəndaşlara daha çox “ƏDV geral” ödəniləcək

Aynur Camal

Kiber dələduzluqla məşğul olan dəstə yaxalandı

Kəmalə Sultan

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu