6 C
Baku
15 Yanvar 2025, 14:02
Baş xəbərHadisəKriminalSiyasət

Fazil Mustafa güllələnməsilə bağlı açıqlama verdi

Bugun.tv xəbər verir ki, F.Mustafa jurnalist Eynulla Fətullayevlə telefon danışığı zamanı hadisə ilə bağlı danışıb :

“Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb, qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. Sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım”.

F.Mustafanın sözlərinə görə, sonra qapını bağlayaraq, təcili yardım və hüquq-mühafizə orqanlarına məlumat veriblər:”

Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Başqa heç nə xatırlamıram. Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”,-F.Mustafa əlavə edib.

Mənbə: Axar.az.

Kəmalə Sultan

Oxşar xəbərlər

100 miqrant saxlanıldı – FOTO

Elnarə Dərziyeva

Baş nazirinin qayınanasından iddia

Nigar Məmmədova

Daxili Qoşunların yaranmasından 31 il ötür

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu