26 C
Baku
18 Sentyabr 2026, 13:32
Baş xəbərKriminal

Fazil Mustafanın qardaşı deputatın durumundan danışıb: “Biz heç nə gizlətmirik”

Bugun.tv xəbər verir ki, İlqar Mustafayev qardaşı haqqında məlumat verib.

“Səhər qardaşımla videozənglə danışdıq, onunla hər şey qaydasındadır. Ayağındakı yara artıq sağalıb, qalxıb yeriyir”.

İ.Mustafayevin sözlərinə görə, həkimlər deputatın reabilitasiya prosesinin yaxşı getdiyini qeyd edirlər.

“Bəziləri yazır ki, yaraları ağırdır, vəziyyəti ağırdır. Amma bu doğru deyil. Heç nə gizlətmirik. Qardaşım yaxşıdır, şükür Allaha. Həkimlər əlindən gələni edirlər. Ayağındakı yara artıq sağalıb. Çiynində olan yara da yaxşılaşmaq üzrədir. Reabilitasiya prosesi hələ başa çatmayıb”- deyə deputatın qardaşı bildirib.

Xatırladaq ki,  deputat Fazil Mustafa martın 28-i evinin qarşısında silahlı hücuma məruz qalmışdır.

Mənbə: OXU.AZ

Aynur Camal

Oxşar xəbərlər

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı yeni “NATO” yaradır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu