Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum olub.
Belə ki, terror təşkilatçısı Səricanov Azər Kamran oğlu Şiə məzhəbli dindar şəxs, atəş açan Şirinov Səbuhi Vəliyəddin oğlu Şiə məzhəbli dindar şəxs, dəstənin digər üzvləri Əsgərov Elşad Tofiq oğlu və Əliyarov Emin Rafiq oğlu Şiə məzhəbli dindar şəxslər vasitəsilə reallaşdırılıb.
Qeyd edilib ki, bu İranın Azərbaycanda yaratdığı şəbəkədir. Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də SEPAH-ın dayandığını aydın şəkildə göstərib.
“İranın öz məqsədlərini reallaşdırılması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir. İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq” – ADTX.
Mənbə: REPORT
03. 04. 2023
5:08
Fazil Mustafaya sui-qəsdlə bağlı 4 nəfər tutulub – YENİLƏNİB + RƏSMİ