27 C
Baku
28 İyul 2025, 23:18
Dünya

Fermerlər AB-nin iqlim siyasətinə etiraz ediblər

Polşalı fermerlər Avropa Birliyinin ətraf mühitin mühafizəsi qaydalarına qarşı etiraz yürüşü keçiriblər.

Polşada minlərlə fermer paytaxt Varşavada Aİ-nin Yaşıl Sövdələşməsinə etiraz edib.

“Yaşıl sövdələşmə” adlı etiraz aksiyasına qatılan minlərlə fermer əllərində Polşa bayraqları ilə Varşava şəhər mərkəzinə yürüş edib.

Avropa İttifaqının Yaşıl Müqavilə 2019-cu ildə Aİ-nin iqlim dəyişikliyi və davamlılıq hədəflərini dəstəkləmək üçün başlamış hərtərəfli təşəbbüs kimi tanınır.

Yaşıl sövdələşmə 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına çatmaqla 27 ölkəni əhatə edən bloku “ilk iqlim baxımından neytral qitə” etmək öhdəliyidir.

Etirazçılar həmçinin Ukraynadan onların gəlirlərini “zəbt edən” təsərrüfat idxalına və ötən il ölkədə hakimiyyətə gələn Aİ-yönlü koalisiya hökumətinin siyasətinə reaksiya göstərirlər. Mənbə: İLKHA

Oxşar xəbərlər

“Twitter”də dərmanların vizual reklamlarına icazə verildi

Nigar Məmmədova

ABŞ seçkilərinin son günü: Harrislə Tramp arasında fərq nədir?

Aynur Camal

Robert F. Kennedinin qətli ilə bağlı ABŞ-da daha 60.000 sənəd paylaşıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu