36 C
Baku
20 İyul 2025, 15:55
Dünya

Fermerlər traktorları ilə Milli Assambleyanın qarşısına toplaşıblar

Fransada fermerlər növbəti dəfə traktorları ilə küçələrə çıxaraq etiraz aksiyalarına başlayıblar.

Fransız fermerlər traktorlarını Milli Assambleyanın qarşısında saxlayıblar və ölkə boyu nəqliyyatın hərəkətinə mane olublar.

Fermerlərin parlamentdən keçmək istədikləri təklif heyvandarlıq müəssisələrinin tikintisi üçün inzibati icazələrin alınması prosesini sadələşdirəcək və 2018-ci ildən Fransada qadağan olunmuş insektisid asetamipriddən müvəqqəti istifadəyə icazə verəcək.

Hər iki təklifdə fransız fermerlərin keçən il genişmiqyaslı etirazlarda tələb etdikləri dəyişikliklər daxildir.

Sözügedən hüquqi tənzimləmənin bu gün Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Qanun layihəsi yanvar ayında Senat tərəfindən təsdiqləndi və Kənd Təsərrüfatı Naziri Enni Genevardın dəstəyini alıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Biz ABŞ-ın yeni administrasiyası ilə milli maraqlarımızı müdafiə edərək işləyəcəyik

Aynur Camal

Lavrov Azərbaycanda əməkdaşlıq gündəliyinin mövzularını müzakirə edəcək

Aynur Camal

Dənizdə yeni dövr: Türkiyədən TCG Anadolu lider oldu!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu