33 C
Baku
20 İyul 2025, 19:31
Baş xəbər

Fevralın 05-də gözlənilən hava şəraiti

Bakı və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz edəcək.

Havanın temperaturu gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında  əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağış və ya sulu qaryağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək, gündüz 6-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Mənbə: meteo.az

Aynur Camal

Oxşar xəbərlər

Ukraynada 26 nəfərin xəsarət alıdğı terror aktının səbəbi məlum oldu

Aynur Camal

ABŞ və Filippin donanmaları Cənubi Çin dənizində təlimlər keçirdi

İntizar Əmirova

Turistləri daşıyan helikopter yoxa çıxdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu