15 C
Baku
14 Fevral 2026, 15:55
Baş xəbər

Fevralın 16-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Bugun.tv bu barədə Milli Hidrometeorologiya Xidmətidən məlumat alıb.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın paytaxtında Azərbaycan mədəni irsi sərgisi açılıb

Aynur Camal

Azərbaycan QHT nümayəndələri quru sərhədi vasitəsilə Ermənistana gəliblər

Aynur Camal

Prezident İlham Əliyev France 24-ə müsahibə verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu