26 C
Baku
21 İyul 2025, 3:04
Baş xəbərSosial

Çempion “Heydər zirvəsi”ni fəth etdi – FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş edib.

Bugun.tv xəbər verir ki, barədə FHN facebook səhifəsində paylaşım edib.

Yürüş iştirakçıları Xınalıq kəndindən hərəkətə başlayaraq, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən sərt və mürəkkəb relyefə malik “Heydər zirvəsi”nə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünü əks etdirən xatirə lövhəsi zirvəyə yerləşdirilib və Azərbaycanın Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayraq zirvədə dalğalandırılıb.

Qeyd edək ki, yürüşdə iştirak edənlər arasında Dünya və Avropa çempionu, Azərbaycan Respublikasının Fəxri İdman Ustası Rövşən Xəlilov da var.

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan hər zaman Türkiyənin yanındadır”!-VİDEO

Aynur Camal

Minlərlə insan evsiz qaldı

Aynur Camal

İsrailli nazir fələstinliləri aclıqdan ölməyə çağırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu