21 C
Baku
12 Sentyabr 2025, 19:52
Baş xəbər

FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərilib

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.

Bu barədə Bugun.tv-yə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin psixoloqları zərərçəkmişlərə təcili psixoloji yardım göstərir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə Nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda iqtisadi artımla bağlı yeni proqnoz var

Bugün TV

Yaponiya İrandan Rusiyaya silah verməməyi tələb edəcək

Kəmalə Sultan

Almaniya Ukraynaya “Leopard” tankları və zirehli maşınlar üçün sursat göndərdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu