19 C
Baku
12 Oktyabr 2025, 11:12
Baş xəbər

Fidan Əliheydərin “Dəyişmə!” kitabı işıq üzü gördü

Bugun.tv –xəbər verir ki, tanınmış televiziya aparıcısı, kouç, özünüinkişaf üzrə təlimçi, mütəxəssis Fidan Əliheydər növbəti kitabının təqdimat mərasimini keçirib.

O, bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb.

“Nəhayət, 6 ildən sonra 2-ci mənəvi inkişaf kitabım “Dəyişmə!” çap olundu. Dünən yaxınlarım və dostlarımın iştirakı ilə musiqili, səmimi söhbət formatında ilk təqdimat mərasimi keçirildi. Mənə görə xoş gün dostu çox önəmlidir. Başqasının uğuruna sevinəni Tanrı da sevindirər. İştirakınız, dəstəyiniz üçün təşəkkür edirəm”.

F.Əliheydər hər zaman ona inanıb, yanında olan ailə üzvlərinə də minnətdarlığını bildirdi.

Qeyd edək ki, bu yazarın sayca ikinci kitabıdır.

Onu da bildirək ki, 5 oktyabr, saat 12:00-da Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisində onun müəllifi olduğu hər iki nəşrin – “Dəyiş!” və “Dəyişmə!” kitablarının imza günü keçiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

FHN – əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır

Aynur Camal

Türkiyə ilə Monqolustan arasında 10 müqavilə imzalandı

Aynur Camal

Orucluğun 21-ci gününün imsak və iftar vaxtının duaları

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu