33 C
Baku
20 İyul 2025, 19:49
Dünyaİdman

FİFA-nın dünya çempionatı üçün klublara ödədiyi məbləğ açıqlandı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Klublar Assosiasiyasının (ECA) Baş Assambleyasında FİFA prezidenti Canni İnfantino və ECA prezidenti Nasser əl-Xəlif arasında 31 dekabr 2030-cu ilə qədər qüvvədə olacaq yeni saziş imzalanıb.

Tərəflərin birgə bəyanatına görə, ECA-ya bağlı klublar 2030-cu ilin sonuna qədər FİFA-nın oyun cədvəlinə əməl edəcək. ECA 2025-ci ildən etibarən 32 komandanın iştirakı ilə keçiriləcək FIFA Klublararası Dünya Çempionatının yeni formatını dəstəkləyəcək. 2025-ci ildən başlayaraq hər 4 ildən bir keçiriləcək bu formatda UEFA-ya bağlı 12 klub mübarizə aparacaq.

Xatırladaq ki, FİFA əvvəlki iki dünya çempionatında mübarizə aparan milli futbolçuların klublarına ümumilikdə 209 milyon dollar ödəmişdi.

2026 və 2030-cu il mundiallarında bu rəqəm 70 faizlik artımla ümumilikdə 355 milyon dollara çatacaq.

Nigar Məmmədova

Oxşar xəbərlər

iPhone və digər Apple avadanlıqları bahalaşacaq: məlum olan

Aynur Camal

İran parlamentinin sədri elan edib: Dövlət hicab qanununu dayandırıb

Aynur Camal

Daha bir ölkə Fələstini tanıdığını açıqladı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu