28 C
Baku
10 Sentyabr 2025, 16:21
İdman

FIFA yeni futbol turniri keçirəcək

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) müxtəlif konfederasiyalardan dörd komandanın iştirakı ilə turnir təşkil edəcək.

Bu açıqlama ilə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında çıxış edib.

O bildirib ki, “FIFA World Series” adlanacaq turnirin cütrəqəmli illərdə və mart ayında təşkili planlaşdırılır.

“Müxtəlif qitələrin komandaları arasında görüşlərin daha müntəzəm keçirilməsi vacibdir. Belə bir fikir razılaşdırılıb və işlənərək hazırlanıb”, – deyə C.İnfantino əlavə edib.

Mənbə: Sport24

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Fitnes mütəxəssisi məşq üçün optimal məşq miqdarını adlandırdı

Bugün TV

Türkiyə Azərbaycan qardaşlığı alqışlandı

Aynur Camal

2024-cü il Olimpiadası üçün fəlakətli istilər proqnozlaşdırılır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu