20 C
Baku
1 İyun 2025, 22:25
Baş xəbərDünya

Fikirləri real vaxtda danışıq sözlərinə çevirə bilən cihaz hazırlandı

ABŞ-dan olan tədqiqatçılar araşdırmaları çərçivəsində 18 il əvvəl insult keçirərək danışıq qabiliyyətini itirmiş 48 yaşlı qadının beyninə süni intellekt modeli ilə öyrədilmiş və beyin fəaliyyətini səsə çevirən cihazı yerləşdiriblər.

Alimlər cihazın birbaşa beynin nitq mərkəzinə yerləşdirildiyini və beynin bu bölgəsindən gələn siqnalları davamlı olaraq təhlil etdiyini bildiriblər.

Xəstə zehnində müəyyən cümlələri görüntülədikdə, tədqiqatçılar elektrodlar vasitəsilə beynindəki siqnalları qeyd etdilər və insultdan əvvəl xəstənin səs yazılarından istifadə edərək yaratdıqları səs sintezatoru ilə fikirləri real vaxtda danışıq sözlərinə çevirdilər.

Hələ eksperimental mərhələdə olsa da, tədqiqatçılar cihazın bir gün danışa bilməyənlərin səsə çevrilməsinə kömək edə biləcəyinə inanırlar.

Araşdırmanın təfərrüatları Nature Neuroscience jurnalında dərc olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Silah-sursat aşkar edildi – VİDEO

Aynur Camal

Ləğv edilmiş seçkidə o, birinci olub: Rumıniya prezidentliyinə namizəd saxlanılıb

Aynur Camal

3,5 ton saxta spirtli içki ələ keçirildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu