Görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş bədii-sənədli filmin nümayişi keçiriləcəkdir.
Bugun.tv-yə bu barədə Mədəniyyət Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, filim bəstəkarın 100 illik yubileyinə həsr edilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmin nümayişi 11 aprel 2023-cü il tarixində, saat 20:00-da Bakıda Rus evində (Üzeyir Hacıbəyli, 77B) keçiriləcəkdir.
Filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, montaj rejissoru Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.
