24 C
Baku
28 İyun 2025, 22:01
Baş xəbər

Fil Dişi Sahilində sirli xəstəlik panikası! 9 nəfər öldü

Bugun.tv xəbər verir ki, Fil Dişi Sahilinin içərilərindəki kəndlərdən birində oxşar simptomlarla 9 nəfərin ölümü ölkədə müəmmalı xəstəlik şayiələrinə səbəb olub.

Ölkə mətbuatında yer alan xəbərə görə, Buake yaxınlığındakı Nyanqban kəndində ürəkbulanma, qusma, ishal və halsızlıq şikayətləri ilə ümumilikdə 71 nəfər xəstəxanaya yerləşdirilib.

İctimaiyyətdə “müəmmalı xəstəlik” kimi qələmə verilən xəstəlikdən dünyasını dəyişənlərin əksəriyyətinin uşaqlar olduğu qeyd edilsə də, ölümlərə tərkibində pestisid olan qarğıdalı unu sıyığının səbəb ola biləcəyi iddia edilib.

Səhiyyə Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb. İlin əvvəlindən Fil Dişi Sahilində baş verən 5 kütləvi qida zəhərlənməsi hadisəsi nəticəsində 131 nəfər xəstəxanaya yerləşdirilib, 32 nəfər dünyasını dəyişib.

Bir neçə ailənin bir araya gələrək birgə yemək bişirdiyi kənd yerlərində kənd təsərrüfatı məhsullarını saxlamaq üçün istifadə olunan pestisidlər tez-tez kütləvi qida zəhərlənməsinə səbəb olur.

Teymur Əziz

Oxşar xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət etdi

Teymur Əziz

Londonda bomba çaxnaşması! ABŞ səfirliyi qarşısında ‘şübhəli paket’

Aynur Camal

Niyə orxideyanı evdə saxlaya bilmərik?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu