DünyaSiyasət

“Filosofları didərgin salan ölkə” – Etibar Əliyev yazır…

Bugun.tv xəbər verir ki, təhsil ekperti Etibar Əliyev öz Facebook səhifəsində Rusiyada baş verənlər barədə paylaşım edib.

“Filosofları didərgin salan ölkə” – başlığı ilə yazan Etibar Əliyev araşdırmasında qeyd edib ki, 1922-ci ildə V. İ. Lenin sovet hökumətinin əleyhinə çıxanlara tətbiq olunan ölüm hökmünün ölkədən sürgün edilmə hökmü ilə əvəzlənməsini təklif etdi. 1922-ci ilin payızında həmin dövrün fikir adamlarını bir neçə nəhəng laynerə doldurub əbədi sürgünə məhkum etdilər. Bunların içərisində böyük filosoflar Berdyayev, İlin və böyük şair Zinaidda Qippius da var idi.

F. Stepun yazır: “Bir palto, bir kostyum, iki ədəd mələfə, iki ədəd köynək, iki ədəd kalson, iki cüt coraba icazə verilirdi. Nişan üzüyü istisna olmaqla qiymətli daşlar, qızıl əşyalar aparmaq qəti qadağan olunurdu. Hətta boynundakı xaçı da çıxarmalı idin. Bütün bu əşyalarla yanaşı hərəyə 20 dollar məbləğdə xarici valyuta götürməyə icazə verilirdi. Ancaq bunu necə götürmək olardı? Xarici valyutası olanları ya həbs edirdilər, ya da güllələyirdilər”. Sonradan bu adamların taleyi necə oldu? Onlar ölkəni tərk edəndə nə barədə düşünürdülər? Əbədi sürgünə məhkum edilmiş filosofların, tarixçi və yazıçıların xatirələri bu kitaba toplanıb.”

Sonralar Nobel mükafatı laureatı yazıçılar Bunin, Soljenitsın, Brodskini ölkədən qovdular. Böyük riyaziyyatçılar, fiziklər, kimyaçılar da ölkədən qovuldu. Ölkə qaldı psevdosiyasətçilərin ümidinə. Bəli rus xalqı siyasi xalqdır…

Bugün TV

Oxşar xəbərlər

Son xəbər… Rusiya yenə ‘İstanbul’ dedi… Lavrov tarixi verdi

Aynur Camal

Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərildi

Aynur Camal

NATO-nun müdafiə nazirləri Brüsseldə toplaşdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu