DünyaSiyasət

 Finlandiya prezidenti Türkiyəyə səfər edəcək

Finlandiya Prezidenti Sauli Niinistö Ərdoğanın dəvəti ilə martın 16-17-də Türkiyəyə işgüzar səfər edəcək.

Bugun.tv türk mediasına istinadən xəbər verir ki, bu barədə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyi məlumat yayıb.

İstanbulda baş tutacaq görüşdə Türkiyə-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək. Əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

İkitərəfli əlaqələrlə yanaşı, Finlandiyanın NATO-ya üzvlük müraciəti,Türkiyə-Avropa İttifaqı münasibətləri və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Mənbə: NTV

Bugün TV

Oxşar xəbərlər

NASA: “Od Tanrısı” asteroidi Yerə yaxın keçəcək

Aynur Camal

Turistlər kütləvi şəkildə otellərdən küçələrə çıxarılır

Aynur Camal

Minlərlə insan Beyrutdan ayrılır — təhlükəsizlik narahatlığı artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu