8 C
Baku
22 Dekabr 2025, 4:41
Baş xəbərSiyasət

Finlandiya Türkiyənin terrorla bağlı narahatlığını ciddi qəbul edir

“Türkiyə ilə uzunmüddətli əməkdaşlığımız var.” Bugün.tv   xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto  NATO-da keçirilən mətbuat konfransında deyib.

O, Türkiyənin Aİ-yə üzvlüyü və onun təşviqi ilə bağlı danışıqların başlanmasında Finlandiyanın fəal iştirakına diqqət çəkib.

XİN rəhbəri bu il bir neçə dəfə Türkiyəyə səfər etdiyini xatırladıb.

“Hazırda bu prosesdə yaxın təmaslarımız davam edir. Biz Türkiyənin terrorla bağlı üçtərəfli bəyanatında ifadə etdiyi narahatlığı anlayırıq, buna ciddi yanaşır və bu istiqamətdə işləyirik. Ümid edirəm ki, danışıqlarımızda daha da irəli gedəcəyik”. Finlandiya xarici işlər naziri bildirib.

Bugün TV

Oxşar xəbərlər

Prezident yeni Sərəncam imzaladı

Aynur Camal

İsrailin Qəzzaya hücumları nəticəsində ölən jurnalistlərin sayı 18-ə yüksəldi

Bugün TV

İki avtomobil baş-başa toqquşdu: 5 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu