5 C
Baku
15 Dekabr 2025, 2:58
Baş xəbərDünya

Fırtına ABŞ-ı vurdu! Ölənlərin sayının artması: 33 ölü

ABŞ-ın orta-qərb və cənub ştatlarına təsir edən şiddətli tufanlar nəticəsində 33 nəfər ölüb, 30 nəfər yaralanıb. Texas, Missuri, Oklahoma, Missisipi və Alabama da daxil olmaqla bir çox ştatlar təsirləndi. Missuridə 12, Missisipidə 6, Kanzasda 8 nəfər ölüb. Meteoroloqlar fırtınaların həftə sonu boyunca davam edəcəyini və qasırğa xəbərdarlığının verildiyini bildirib.

ABŞ-ın orta-qərb və cənub ştatlarını təsir edən şiddətli tufanlarda həyatını itirənlərin sayının 33-ə yüksəldiyi bildirilib. ABŞ-da əlverişsiz hava şəraiti ölkənin əksər hissəsinə, xüsusilə Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatlarına təsir edib.

Minlərlə insanın evini itirdiyi, ən azı 30 nəfərin yaralanaraq xəstəxanaya yerləşdirildiyi fırtınalar nəticəsində ölənlərin sayının 33-ə çatdığı bildirilib. Ştat rəsmilərinin verdiyi açıqlamalara görə, Missuri ştatında 12, Missippidə 6, Kanzasda 8, Arkanzas və Texasda 3, Oklahomada isə 1 nəfər ölüb.

Meteorologiya rəsmiləri şiddətli fırtınanın həftə sonu davam edəcəyini və qasırğaların Missisipi və Alabama ştatlarında təsirli olacağını proqnozlaşdırır. Səlahiyyətlilər daşqınlar barədə də xəbərdarlıq edir.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Türk dünyasının mənəvi paytaxtı: Türküstan

Aynur Camal

Qəzza etirazları digər məktəblərə də sirayət edir

Aynur Camal

İngiltərədən Rusiyanı qəzəbləndirəcək qərar! Ləğv etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu