Baş xəbərHadisə

Fırtına gəmini ikiyə böldü

Bugun.tv xəbər verir ki, Zonquldakın Karadeniz Ereğli rayonunda fırtına nəticəsində ikiyə bölünərək sahilə sürüklənən gəminin personalı təxliyə edilib. Ereğli limanında lövbər salan Panama bayraqlı quru yük gəmisi bölgədəki fırtına səbəbindən ikiyə bölünüb. Gəminin sahilə doğru hərəkət edən hissəsi limanın beton divarlarına dəyib və sahildəki amfiteatrı zədələyib.

TRT Haber-in məlumatına görə, Xəbər verildikdən sonra əraziyə Sahil Mühafizəsinin qayığı və yanğınsöndürmə qrupları göndərilib. Gəmidə olan 13 əcnəbi milli işçi qruplar tərəfindən təxliyyə edilərək Ereğli Müəllimlər Mərkəzinə yerləşdirilib.

Ətrafda təhlükəsizlik tədbirləri alan qrupların işləri davam edir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatından 71 il ötür

Aynur Camal

Ceyhun Məmmədov: Oruc insanı günahlardan qoruyan qalxandır

Aynur Camal

İranın Azərbaycana qarşı addımları qəbuledilməzdir – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu