Bugun.tv xəbər verir ki, paytaxt Ankarada güclü fırtına baş verib. Günorta saatlarından başlayan yağış yaşam şəraitini çətinləşdirib. Saatda 45 kilometrə çatan külək nəticəsində çoxlu ağaclar aşıb, dam örtüyü uçub.
Etimesqut rayonunda ticarət mərkəzinin damı tamamilə uçarkən ətrafdakı vətəndaşlar böyük qorxu yaşayıb. Rayonun mərkəzi məscidinin minarəsi tufan nəticəsində dağılıb. Nəticədə bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Bir avtomobilə ziyan dəyib. Fırtınanın təsiri ilə yaşayış yerindən düşən oturacağın başqa binaya dəydiyi anlar vətəndaşın mobil telefonunun kamerasına əks olunub.
Mənbə: Ensonhaber