23 C
Baku
9 İyun 2025, 22:47
Baş xəbərDünya

Fırtına səbəbindən təxminən 600 min insan təxliyə edilib

Hindistanda həyata mənfi təsir göstərən tropik “Dana” qasırğası səbəbindən ölkənin şərqində təxminən 600 min insan təxliyə edilib.

Hindistan Meteorologiya İdarəsinin (IMD) verdiyi açıqlamada Odişa ştatında və Qərbi Benqalda “Dana” tropik qasırğasının sürətinin saatda 120 kilometrə çatdığı bildirilib.

Güclü yağış və tufan ağacların kökündən qopmasına, daşqın riskinə və təxminən 600 min insanın təxliyəsinə səbəb olub.

IMD-nin su səviyyəsinin təxminən bir metr yüksəlməsi səbəbindən alçaq ərazilərin su altında qala biləcəyini bildirməsi bölgədəki səlahiyyətliləri yüksək həyəcan vəziyyətinə salıb.

Fırtına nəticəsində can və ya mal itkisi barədə hələlik məlumat verilmir.

Odişada fırtına səbəbindən dünən məktəblərdə təhsil dayandırılıb, 200-dən çox qatar reysi ləğv edilib, uçuşlar dayandırılıb. Balıqçılara dənizə çıxmamaq barədə xəbərdarlıq edilib.

Keçən il ölkəni təsir edən fırtınalar nəticəsində 523 nəfər həyatını itirib, 2,5 milyard dollar ziyan dəyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Aprelin 21-də gözlənilən hava şəraiti

Aynur Camal

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi paytaxtda növbəti dəfə təlim təşkil etdi

Elnarə Dərziyeva

 Tonlarla zibilin çıxdığı evdən xeyli sayda pul aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu