19 C
Baku
8 Sentyabr 2024, 3:43
Mədəniyyət

Fitri istedad

Hər oxuyandan Molla Pənah olmaz. Molla Pənahdan sonra çoxları oxudular, şeir yazdılar amma Molla Pənah olmadılar.

Hər başına alma düşən alimdən Nyuton olmaz. Nyutondan sonra bir çox alimlər alma ağacının altında oturdular, başlarına alma da düşdü amma Nyuton olmadılar.

Hər Hipokrat andı içən həkimdən Hipokrat olmaz. Hər il minlərlə tələbə Hipokrat andı içir ki, xəstələri Hipokrat kimi müalicə edəcək. Hipokrat andı diplom alana kimidir.

Hər dilini jurnalistlərə göstərən alimdən Eynşteyn olmaz. Eynşteyndən sonra bir çox alimlər dillərini jurnalistlərə göstərdilər, amma Eynşteyn olmadılar.

Hər qulağını kəsib sevgilisinə göndərən rəssamdan Van Qoq olmaz. Van Qoqdan sonra bir çox rəssamlar qulaqlarını kəsib sevgilisinə göndərdilər, amma Van Qoq olmadılar.

Hər başına soyuq su töküb musiqi yazandan Bethoven olmaz. Bethovendən sonra bir çox bəstəkarlar başlarına soyuq su tökdülər, amma Betxoven olmadılar.

Tarixdə qalmaq üçün fitri istedad lazımdır.

 

Yazıçı-dramaturq Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Pop ulduz böyük dünya turu planlaşdırır

Nigar Məmmədova

Əcəbsəndəl…

Aynur Əfəndi Zadə

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Qobustanda vətəndaşları qəbul edəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu