Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təlim təşkil olunub.
Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı məlumat verib. O, təlimin Gəncə şəhərində dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılan Kordinasiya Şurasının üzvülərinə keçildiyini bildirib.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dövlət qurumlarının iştirakı ilə yaradılan Koordinasiya Şurasının üzvülərinə Gəncə şəhərində təlim təşkil olundu. Təlimi peşəkar təlimçi Etika Akademiyasının direktoru Günel İbrahim keçdi. Məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatların iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibətin dəyişməsi və zorakılıq hallarının qarşısının alınması, icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması məsələlərinə diqqəti yönəltmək olub”.
Təlimdə, dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyətin qurulması, bu şəxslərin ailə üzvlərinin onlar üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən əngəlli xanımlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılıb.
Məhluqə Qaramanlının sözlərinə görə, layihə çərçivəsində keçirilən tədbir birgə yaşamaq mədəniyyəti, etik davranıış qaydaları, əlilliyi olan qadınlarla davranış etikası, öhdəliklərimiz, ictimaiyyətin vəzifəsi kimi sahələri də əhatə edib.
Tədbirdə peşəkar təlimçi Günel İbrahim hökümət təşkilatlarına, sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlarla peşəkar etik ünsiyyətdən və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq sahələrinin önəmindən danışıb.
Qeyd edək ki, Bakı, Gəncə şəhərlərini, Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edən layihə ötən ilin sentyabr ayından başlayıb və 3 il davam edəcək.