12 C
Baku
7 Aprel 2026, 23:58
Digər

Fiziklər “qaranlığın işıqdan sürətli hərəkət etdiyini” göstərən eksperiment aparıb

İsrailli alimlər maraqlı bir nəticəyə gəliblər: müəyyən şəraitdə “qaranlıq” işıqdan daha sürətli hərəkət edə bilər. Araşdırma Technion alimləri tərəfindən aparılıb və nəticələr Nature jurnalında dərc olunub.

Tədqiqatçılar izah edir ki, burada söhbət adi qaranlıqdan deyil, işıq dalğalarının daxilində yaranan “optik singularlıqlar”dan gedir. Bu sahələrdə işığın intensivliyi sıfıra yaxın olur – yəni tam qaranlıq nöqtələr yaranır.

Eksperiment zamanı alimlər xüsusi material – heksaqonal bor nitridi üzərində işləyiblər. Bu material işığı “polaritron” adlanan hissəciklərə çevirərək onun hərəkətini xeyli yavaşladır. Məhz bu sayədə alimlər işıq daxilindəki qaranlıq sahələrin davranışını daha dəqiq müşahidə edə biliblər.

Nəticələr göstərib ki, bu qaranlıq sahələr yaranarkən və ya yox olarkən çox yüksək sürətlə – hətta işıq sürətindən daha sürətli hərəkət edə bilir.

Bununla belə, alimlər vurğulayır ki, bu kəşf Nisbilik nəzəriyyəsi ilə ziddiyyət təşkil etmir. Çünki “qaranlıq” nə kütləyə malikdir, nə də informasiya daşıyır. Nisbilik nəzəriyyəsinə görə isə yalnız kütləsi olan və ya informasiya ötürən obyektlər işıq sürətini aşa bilməz.

Tədqiqatçılar bu fenomeni çayda yaranan burulğanla müqayisə edirlər: burulğan bəzən suyun özündən daha sürətli hərəkət edə bilər. Eyni prinsip burada da müşahidə olunur.

Alimlərin fikrincə, bu kəşf gələcəkdə təkcə işıq deyil, səs dalğaları və digər fiziki proseslərin də daha dərindən öyrənilməsinə kömək edə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Ağ Evdən açıqlama: ABŞ İranla bağlı nüvə silahından istifadə etməyəcək

Aynur Camal

Rusiya Yaxın Şərqdə gərginliklə bağlı Türkiyənin diplomatik təşəbbüslərini alqışladı

Aynur Camal

Küveyt hökuməti vətəndaşlarına gecə saatlarında evdən çıxmamaq çağırışı etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu