ABŞ texnologiya şirkəti Razer Huntsman seriyasını yeniləyərək yeni Razer Huntsman Signature Edition modelini təqdim edib.
Yeni model tamamilə CNC dəzgahında frezlənmiş 6063 alüminium korpusdan hazırlanıb. Arxa panel güzgü effektli PVD örtüklə işlənib və əvvəlki Huntsman modellərində olan ənənəvi dayaqlar və iri loqo dizayndan çıxarılıb. Şirkət bu dəfə daha minimalist və “custom” üsluba üstünlük verib.
Klaviaturanın texniki bazası Razer Huntsman V3 Pro platformasına əsaslanır. Qurğuda şirkətin öz istehsalı olan Razer Gen 2 optik svitçləri istifadə olunur və 8000 Hz sorğu tezliyi təmin edilir.

Modeldə “Snap Tap” funksiyası da qorunub saxlanılıb. Bu funksiya düymələri tam basmadan sürətli aktivləşdirməyə imkan verir və bəzi kibersport yarışlarında qadağan edilib. Bundan əlavə, istifadəçilər aktivləşmə nöqtələrini fərdiləşdirə və sürətli trigger rejimindən yararlana bilərlər.
Yeni klaviatura 22 fevral tarixindən etibarən yalnız Razer-in rəsmi saytında satışa çıxarılacaq. ABŞ bazarında qiyməti 499,99 dollar (təxminən 40 min rubl) təşkil edir. Modelin Rusiya bazarında satışa çıxarılıb-çıxarılmayacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, Razer eyni zamanda 1999-cu ildə təqdim etdiyi ilk oyun siçanı — Razer Boomslang modelini də yenilənmiş versiyada yenidən buraxıb.

Mənbə: mail.ru
