20 C
Baku
14 Oktyabr 2025, 10:37
Baş xəbərDünya

“Floris” qasırğası İsveçə çatdı

Bugun.tv xəbər verir ki, İsveç Meteorologiya və Hidrologiya İnstitutu (SMHI) ən güclü küləyin Bohuslan sahillərində – saniyədə 25 metrə qədər olacağı proqnozunu verib. Bəzi rayonlarda “sarı” xəbərdarlıq edilib.

Meteoroloqların proqnozlarına görə, küləyin gücü səhər saatlarında güclənəcək, gündüz pik həddə çatacaq, sonra axşam saatlarında tədricən səngiməyə başlayacaq.

SMHI-nin məlumatına görə, Höteborqda səhər saatlarında çox güclü küləklər qeydə alınıb və gün ərzində onların sürəti saniyədə 18-23 metrə çatıb.

Meteoroloqlar ağacların aşması və nəqliyyatın hərəkətinin pozulması təhlükəsi barədə xəbərdarlıq edirlər. Bununla əlaqədar bəzi dəmir yolu marşrutları dayandırılıb, Norveç, İsveç və Danimarka arasında bərələrin hərəkəti ləğv edilib. Qasırğa, həmçinin “narıncı” və “sarı” kateqoriyalı xəbərdarlığın elan edildiyi Norveçə də təsir edib. Stavanger bölgəsində onlarla ağac aşıb.

Təbii fəlakət Böyük Britaniyada ciddi ziyan vurub. Səlahiyyətlilərə görə, 50 minə yaxın ev və iş yeri işıqsız qalıb. Qlazqo və Skay adasında avtomobillər aşıb, qatar, təyyarə və bərələrin hərəkəti dayandırılıb. “Royal Edinburgh Military Tattoo” və digər böyük tədbirlər ləğv edilib.

Qeyd edək ki, bu il İsveçdə yay ekstremal hava şəraitində keçir. May və iyun aylarında adi haldan 30 faizdən çox güclü küləklər olub. İyul ayında ölkəni istilər, tufanlar və leysanlar bürüyüb. SMHI meteoroloqları qeyd edirlər ki, ekstremal hava hadisələrinin belə bir vəhdətdə baş verməsi region üçün nadir haldır.

Nigar Məmmədova

Oxşar xəbərlər

İldırım vurması nəticəsində gənc oğlan həyatını itirdi

Nigar Məmmədova

Prezident sosial media hesablarında paylaşım etdi

Bugün TV

BƏƏ qanunlarının həmmüəllifi üçün süni intellekt

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu