22 C
Baku
25 Aprel 2025, 15:33
Baş xəbərMədəniyyət

“Fokus”-da bu dəfə kimlər olacaq?

Bugun.tv xəbər verir ki, AR Mədəniyyət nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyə dəstəyi ilə “Fokus” analitik kino jurnalının 12-ci nömrəsi işıq üzü görüb. Peşəkar və tələbə kinematoqrafçıların nüfuzunu qazanmış, regionda yeganə analitik, print, kino jurnalıdır. Jurnalın daimi müəllifəri arasında Aygün Aslanlı, Aliyə Dadaşova, Sevda Sultanova və Nadir Bədəlov kimi tanınmış imzalar var. Jurnalın redaksiyasından bildiriblər ki, müəlliflər sırasına sənətşünaslıq elmləri namizədi, kinoşünas Əlisəfdər Hüseynovun da daxil olmasından məmnundurlar və müəllif heyətinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, kinoşünaslığın inkişafı, kinoşünas kadrların hazırlanması kinomuz qarşısında duran ümdə vəzifələrdəndir. “Fokus” kino jurnalı bu məqsəd üçün uğurlu bir platformadır. Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoyazar.az saytı bu məqsədlə yaradılmış layihələrdəndir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, jurnalın baş redaktoru Əli İsa Cabbarov saytımıza bildirib ki, jurnalın bu nömmrəsinin də məqalələri ana mövzusu ətrafında formalaşıb. Jurnalın ana mövzusu “kino və poeziya”, poetik kinodur. Əli İsa Cabbarov bildirib ki, “Azərbaycan ədəbiyyatı, xüsusi ilə poeziyası çox zəngindir və kinomuza parlaq vizual obrazlar, kino dili bəxş edə bilər. Poeziyamız kinomuza dünyaya çıxmağa kömək edə biləcək özünəməxsusluq verə bilər”.
Jurnalın bu sayında Georgi Ovaşvili, Dərviz Zaim, Semih Kaplanoğlu, Elçin Musaoğlu kimi tanınmış kinorejissorlar ilə eksklüziv müsahibələr var. Bundan başqa Şəhanə Ürfan, Aygün Aslanlı, Əlisəfdər Hüseynov və Nadir Bədəlov potik kino ənənələrini milli və dünya kinosu nümunələrində analiz edirlər. Tof Filds, Ruben Estlund kimi kinematoqrafçıların yaradıcılığı da jurnalın fokusundadır. Sevda Sultanova Oqtay Mirqasımovun yaradıcılığını, Lamiyyə Abbas Tengiz Abuladzanin yaradıcılığını analiz edən məqalələrlə çıxış ediblər. Hilal Baydarovun Beynəlxaq Kino Festivallarının iştirakçısı olmuş “Balıqlara xütbə” filmini Aliyə Dadaşova analiz edib.
Jurnal bu gündən etibarən Libraff kitab mağazaları şəbəkəsində yayımlanacaq. Kinematoqrafçı tələbələr Kinematoqrafçılar İttifaqının ofisindən pulsuz əldə edə bilərlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Fabrik yanğını baş verdi: 10 işçi xəstəxanaya yerləşdirildı-FOTO

Nigar Məmmədova

Azərbaycanın 2 güləşçisi dünya çempionu ola bilər

Aynur Camal

Memorandumuna əsasən bizə daha 5 minaaxtaran it verilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu