19 C
Baku
28 İyun 2025, 9:15
Baş xəbərSosial

Qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb

Fövqəladə Hallar Nazirliyi Xəzər rayonunda qanunsuz tikilən obyektləri söküb.

Bugun.tv-yə verilən məlumata görə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, paytaxtın Xəzər rayonunun Buzovna, Binə və Şağan qəsəbələri ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xəzər Rayonu İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.

Bugün TV

Oxşar xəbərlər

“Azərbaycan ədalətli və qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək”

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı

Kəmalə Sultan

Ana pul toplamaq üçün körpəsini zəhərləyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu